Bank Of Baku

HİV-AİDS-lə bağlı informasiyanın ictimaiyyətə çatdırılması problemi ilə bağlı dəyirmi masa keçirilib

HİV-AİDS-lə bağlı informasiyanın ictimaiyyətə çatdırılması problemi ilə bağlı dəyirmi masa keçirilib
# 03 avqust 2007 12:39 (UTC +04:00)
Hüquqi İnkişaf və Demokratik İctimai Birliyin təşəbbüsü ilə “HİV-AİDS-lə bağlı informasiyanın ictimaiyyətə çatdırılması problemi: KİV rəhbərlərinin QHT-lərlə əməkdaşlığının əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, birliyin rəhbəri Zülfiyyə Mustafayeva bildirib ki, bu xəstəliklə bağlı informasiyalar yazılarkən, cəmiyyətdə yarana biləcək ajiotaj nəzərə alınmalı və mövzuya yalnız məlumat xarakterli yanaşılmamalıdır. O, vəziyyətin Azərbaycanda HİV-ə qarşı mübarizə aparan təşkilatlarda narahatlıq doğurduğunu da diqqətə çatdırıb. “Son dövrdə Azərbaycanda HİV-lə bağlı həyata keçirilən tədbirlərin, xüsusilə də məlumatlandırma əleyhinə aparılan işin nəticələri heçə endirilir, HİV-ə yoluxmuş şəxslərə qarşı qorxu oyadılır və ən başlıcası HİV-in qarşısının alınmasına yönələn tədbirlərin nəticələrinə mənfi təsir göstərir”. Z. Mustafayeva KİV rəhbərlərini bu məsələdə HİV-lə mübarizə aparan təşkilatlara dəstək verməyə də çağırıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə mətbuatı bu məsələdə aidiyyatı qurumlarla əməkdaşlığa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR