Bank Of Baku

Demokratik Jurnalistlər Liqası iyul ayında söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinq aparıb

Demokratik Jurnalistlər Liqası iyul ayında söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinq aparıb
# 03 avqust 2007 12:42 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqası (DJL) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” adlı layihə çərçivəsində 2007-ci ilin iyul ayı üçün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Liqadan APA-ya verilən məlumata görə, ötən ay söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı 85 fakt qeydə alınıb. Hesabat dövründə 3 jurnalist polis zorakılığına məruz qalıb, 1 jurnalist naməlum şəxs tərəfindən hədələnib, 4 jurnalist aclıq aksiyası keçirib, 1 mətbu orqan nəşrini dayandırıb, xarici telekanalın yayımı dayandırılıb, 1 baş redaktora qarşı (“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev) ittiham irəli sürülüb, 1 jurnalist (“Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynov) CM-nin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunaraq barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Bundan başqa, ötən ay Milli Televiziya və Radio Şurası BBC radiostansiyasına Azərbaycan ərazisində yayımlanması ilə bağlı bir il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi haqda qərar qəbul edib, Yasamal rayon Məhkəməsi İmişli Dəmiryolu İdarəsinin rəisi Fəyyaz Xankişiyevin “Azadlıq” qəzetinin 20 min manat cərimələnməsi və qəzetin baş redaktoru Qənimət Zahidin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında iddiasına baxmaqdan imtina edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR