Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı saxlanma şəraitindən narazıdır

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı saxlanma şəraitindən narazıdır
# 03 avqust 2007 14:10 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı “Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. R. Hacılı APA-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslərin səhhəti normaldır: “Amma onlar yenə də darısqal, normadan artıq şəxslərin olduğu kamerada saxlanılırlar”.
Vəkilin sözlərinə görə, R. Kəbirli və Y. Ağazadənin həbs edilməsi barədə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə başlanan və təxirə salınan məhkəmə prosesinin nə zaman keçiriləcəyi bəlli deyil.
Xatırladaq ki, hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR