Bank Of Baku

“Freedom House”un rəsmisi Paula Şifer: “Azərbaycanın apardığı enerji siyasəti onu “dünya ictimaiyyətinin radarında” saxlayır”

“Freedom House”un rəsmisi Paula Şifer: “Azərbaycanın apardığı enerji siyasəti onu “dünya ictimaiyyətinin radarında” saxlayır”
# 04 avqust 2007 09:23 (UTC +04:00)
Bunu APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında ABŞ Konqresinin Helsinki Komissiyasında Rusiya, Türkiyə, Azərbaycan və Qazaxıstanda mətbuatın vəziyyəti ilə bağlı keçirilən dinləmələrdə məruzə ilə çıxış etmiş “Freedom House” təşkilatının rəsmisi Paula Şifer deyib. Onun sözlərinə görə, bütün müsbət addımlarla yanaşı Azərbaycanda söz və mətbuat azadlığı sahəsində problemlər var ki, bu da “Freedom House”u və bu sahəyə diqqət yetirən digər beynəlxalq təşkilatları narahat edir. O, Azərbaycanda jurnalistlərin həbsindən təəssüfləndiyini də qeyd edib.
Mənzil qərargahı Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Orta Asiya ölkələri üzrə proqram koordinatoru Nina Ognianova isə ölkəmizə olan marağı belə izah edib: “Biz inanırıq ki, fəaliyyətimiz jurnalistlərə kömək edə bilər. Biz Azərbaycanla bağlı fəaliyyətimizə ümidsiz baxmırıq. Digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda işimizin nəticəsiz qalmayacağına inanırıq”. N. Ognianova Azərbaycanda mətbuatın vəziyyətini daim diqqətdə saxladıqlarını, hazırda jurnalistlərlə bağlı məhkəmə proseslərini izlədiklərini deyib.

Qeyd edək ki, bu dəfə Konqresdə keçirilən dinləmələrdə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyanın əməkdaşları da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR