Bank Of Baku

Mirzə Sakit başqa həbsxanaya köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib

Mirzə Sakit başqa həbsxanaya köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib
# 06 avqust 2007 09:07 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit (Sakit Zahidov) saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən başqa həbsxanaya köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib. Bu barədə APA-ya M. Sakitin qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib. Onun sözlərinə görə, qardaşı paytaxta, yaşadığı ünvana daha yaxın olan cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyir. Q. Zahid bunun Azərbaycan qanunvericiliyinə uyğun olduğunu deyib. Baş redaktor bildirib ki, hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan qardaşının səhhəti normaldır: “Dünən ailə üzvləri onunla görüşüb. Mirzə Sakitin müalicəsi davam edir. Hazırda ona protez diş hazırlayırlar”. Xatırladaq ki, M. Sakit iyulun 21-də saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR