Bank Of Baku

Türkiyənin STV kanalının tezliyi üzrə elan edilən müsabiqədə iştirak üçün heç kim müraciət etməyib

Türkiyənin STV kanalının tezliyi üzrə elan edilən müsabiqədə iştirak üçün heç kim müraciət etməyib
# 06 avqust 2007 09:50 (UTC +04:00)
Türkiyənin “Samanyolu” telekanalı və “Lənkəran TV”nin tezliyi üzrə elan olunan müsabiqə davam edir. Milli Televiziya və Radio Şurasından APA-ya verilən məlumata görə, hər iki müsabiqə üzrə hələ ki quruma müraciət edən olmayıb.
Qeyd edək ki, iyulun 17-dən etibarən Türkiyənin “Samanyolu” televiziya kanalının Azərbaycanda yayımlandığı tezlik üzrə açılacaq yeni televiziya kanalı üçün müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulu avqustun 17-də başa çatacaq. Lisenziya müddəti uzadılmayan “Lənkəran TV”nin yayımlandığı 29-cu tezlik üzrə isə 6 iyunda elan edilən müsabiqədə iştirak üçün müraciət edən iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqənin vaxtı avqustun 20-dək uzadılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR