Bank Of Baku

Vəkil “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb

Vəkil “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb
# 06 avqust 2007 14:40 (UTC +04:00)
Vəkil Vüqar Xasayev bu gün Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb. Bu barədə APA-ya məlumat verən vəkilin sözlərinə görə, M. Hüseynov həkim nəzarətində saxlanılır: “Müşfiq Hüseynov rentgendən keçib, vəziyyəti pis deyil. Təcridxananın rəhbərliyi ilə danışmışam. Əgər səhhətində problem yaransa, təcridxananın tibb hissəsinə keçiriləcək. Saxlanma şəraiti də normaldır”. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN əməkdaşları tərəfindən həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Məhkəmənin qərarı ilə şöbə redaktoru barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR