Bank Of Baku

Ədliyyə Nazirliyi Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə müraciətə baxacaq

Ədliyyə Nazirliyi Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə müraciətə baxacaq
# 07 avqust 2007 09:16 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin (Sakit Zahidov) saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən başqa həbsxanaya köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə edilən müraciətə baxılacaq. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib: “Belə bir müraciət edilibsə, ona baxılacaq və münasibət bildiriləcək”.
Qeyd edək ki, M. Sakitin saxlandığı 14 saylı saylı Cəzaçəkmə Müəssisəsindən paytaxta, ailəsinin yaşadığı ünvana daha yaxın olan həbsxanaya köçürülməsi xahişi ilə Penitensiar Xidmətin rəhbərliyinə bu günlərdə müraciət olunub. Müraciət M. Sakitin və onun ailə üzvlərinin adından təqdim edilib. M. Sakit səhhətində olan problemlərlə bağlı hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisində saxlanılır. O, xəstəxanaya iyulun 21-də köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR