Bank Of Baku

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub
# 07 avqust 2007 13:26 (UTC +04:00)
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və bu mətbuat orqanının bir sıra əməkdaşları bu gün Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunublar. Bu barədə APA-ya “Bizim yol” qəzetindən bildirilib. Onların prokurorluğa Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan qəzetin şöbə müdiri Müşfiq Hüseynov barəsində aparılan istintaqla bağlı çağırıldığı bildirilir. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan M. Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR