Bank Of Baku

Fərəməz Novruzoğlunun səhhəti pisləşib

Fərəməz Novruzoğlunun səhhəti pisləşib
# 08 avqust 2007 09:12 (UTC +04:00)
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlunun səhhəti pisləşib. Bu barədə APA-ya məhbusun xanımı Tahirə Allahverdiyeva bildirib. Dünən F. Novruzoğlu ilə görüşən xanımı deyib ki, həyat yoldaşı vaxtilə üzərində aparılan cərrahiyyə əməliyyatının fəsadından və bağırsaq infeksiyası xəstəliyindən əziyyət çəkir: “Hazırda o həbsxanada müalicə olunur. Amma bu vəziyyətdə olan insanın həbsxanada qalması mümkün deyil. O mənə dedi ki, əgər beynəlxalq hüquq müdafiəçiləri ilə görüşü təşkil olunmasa yenidən aclıq aksiyasına başlayacaq”.
T. Allahverdiyeva deyib ki, o, həyat yoldaşının durumunun ağır olması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və bir sıra hakimiyyət orqanlarına müraciət edəcək.
Xatırladaq ki, F. Novruzoğlu iyulun 19-da başladığı aclığı ötən həftə tələblərinin bir qismi təmin olunduğuna görə dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR