Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi yenilənib, o MTN-də dindirilib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi yenilənib, o MTN-də dindirilib
# 08 avqust 2007 13:26 (UTC +04:00)
Ə. Zeynallıya bildirilib ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının Azərbaycan dilinə tərcüməsinin nəşri ilə bağlı cinayət işi yenilənib. Belə ki,
Onun barəsində MTN tərəfindən 2004-cü ilin dekabrında başlanmış və 2005-ci ilin fevralında xitam verilmiş cinayət işi Baş Prokurorluğun təqdimatı əsasında yenilənib: “Amma o zaman MTN-nin istintaq idarəsinin mənə təqdim etdiyi qərardan çıxarışda bildirilmişdi ki, əməlimdə cinayət tərkibi olmadığından işə xitam verilib. Məncə, bu məsələ bizim qəzetin son vaxtlar Baş Prokurorluq barədə mütəmadi dərc etdiyi tənqidi məqalələrlə bağlıdır”.
Ə. Zeynallı bu gün saat 12.30-dan 14.00-a qədər MTN-də dindirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının Azərbaycan dilinə tərcüməsinin nəşri ilə bağlı MTN tərəfindən 2004-cü ilin dekabrında cinayət işi qaldırılıb. 2005-ci ilin fevralında isə işə xitam verilib. Bu il mayın 7-də isə çkitabın təkrar nəşri ilə əlaqədar “Xural”ın redaksiyasında axtarış aparılıb və baş redaktor polisdə dindirilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR