Bank Of Baku

Həbsdə olan “Müxalifət”çilərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası avqustun 13-də keçiriləcək

Həbsdə olan “Müxalifət”çilərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası avqustun 13-də keçiriləcək
# 09 avqust 2007 15:14 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin azadlıqdan məhrum edilməsi barədə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə bir neçə dəfə təxirə salınan məhkəmə prosesi avqustun 13-də keçiriləcək. Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən bildirilib. Məlumata görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə jurnalistlərin işinə baxan heyətdə dəyişiklik olunub, hakimlərdən biri Ramella Allahverdiyeva başqa hakimlə əvəzləndiyi üçün avqustun 13-də keçiriləcək məhkəmə iclasında işə baxan hakimlərin yeni tərkibi elan olunacaq. R. Kəbirli və Y. Ağazadə ilə bağlı məhkəmə qərarının da həmin gün elan olunacağı gözlənilir. Xatırladaq ki, hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR