Bank Of Baku

ABŞ səfirliyi “Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına cavab verib

ABŞ səfirliyi “Gündəlik Azərbaycan” qəzetinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına  cavab verib
# 09 avqust 2007 15:18 (UTC +04:00)
Bir neçə ay əvvəl fəaliyyətini dayandıran “Gündəlik Azərbaycan” qəzetinin və bir sıra başqa mətbuat orqanlarının xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən cavab verilib. Bu barədə APA-ya mühacirətlə bağlı müraciət edən jurnalistlərdən biri, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, səfirliyin konsulu Vlad Lipşit ona müraciət edərək mühacirət etməklə bağlı qəti mövqeyi olan şəxslərin səfirliyə müraciət etmələrini təklif edib: “O dedi ki, sığınacaq istəyənlər fərdi qaydada bizə müraciət etsinlər. Bundan sonra səfirlik müraciətlərə baxacaq, məsələnin həllində köməklik göstərməyə çalışacaq”.
Ü. Cəfərov deyib ki, xarici ölkələrdən sığınacaq istəyən və bununla bağlı qəti mövqeyi olan 20 jurnalist bu həftə ABŞ səfirliyinə fərdi qaydada müraciət edəcək.
Xatırladaq ki, “Gündəlik Azərbaycan” qəzetinin və bir sıra başqa mətbuat orqanlarının əməkdaşları xarici ölkələrdən sığınacaq istəyiblər. Adı açıqlanmayan iki Avropa ölkəsinin jurnalistlərə sığınacaq üçün müsbət, Böyük Britaniyanın isə rəsmi olaraq rədd cavabı verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR