Bank Of Baku

“Bizim yol” qəzetinin həbs edilən şöbə redaktoru ilə bağlı yaradılan İşçi Qrupun iclası keçirilib

“Bizim yol” qəzetinin həbs edilən şöbə redaktoru ilə bağlı yaradılan İşçi Qrupun iclası keçirilib
# 09 avqust 2007 15:34 (UTC +04:00)
“Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun həbsi ilə bağlı yaradılan İşçi Qrupun (İQ) toplantısı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən İQ üzvü Emin Hüseynli M. Hüseynovun təqsirsizlik prezumsiyası hüququnun pozulduğunu deyib. E. Hüseynli bir sıra müxalifət və müstəqil mətbuat orqanlarının, hüquq müdafiəçilərinin müdafiə prosesinə qoşulmadıqlarını bildirib.
İşçi qrupu adından M. Hüseynovun rüşvət tələb etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevə baş verənlərlə bağlı sorğu göndərilməsi də qərara alınıb.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan M. Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların dərc edilməməsi üçün həmin nazirliyin aparat rəhbəri R. Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR