Bank Of Baku

“Bakı-Xəbər” qəzeti sentyabrın 1-nə kimi öz nəşrini bərpa edəcək

“Bakı-Xəbər” qəzeti sentyabrın 1-nə kimi öz nəşrini bərpa edəcək
# 10 avqust 2007 11:30 (UTC +04:00)
“Bakı-Xəbər” qəzeti sentyabrın 1-nə kimi öz nəşrini bərpa edəcək. “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev APA-ya bildirib ki, mayın 31-də nəşri dayandırılan qəzetin bank hesabları Səbayel Rayon Məhkəməsinin qərarından sonra açılıb. O, qəzetin nəşri ilə bağlı texniki məsələlərin yaxın vaxtlarda həll ediləcəyini qeyd edib. Məhkəmənin qərarından apelyasiya şikayəti verdiklərini deyən A. Quliyev qəzetin cəriməsinin iki il müddətində hissə-hisə ödəmək iqtidarında olduqlarını da söyləyib: “Səbayel Rayon Məhkəməsi cərimənin bir il müddətində ödənməsi barədə qərarı bizi qane etmir. Qəzetin imkanı yalnız borcun iki il müddətində ödənilməsinə çatır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR