Bank Of Baku

Qərbi Avropa Parlament Assambleyasının keçmiş sədri və Belçika Mətbuat Şurasının sədri Azərbaycanda səfərdədir

Qərbi Avropa Parlament Assambleyasının keçmiş sədri və Belçika Mətbuat Şurasının sədri Azərbaycanda səfərdədir
# 10 avqust 2007 16:25 (UTC +04:00)
Qərbi Avropa Parlament Assambleyasının keçmiş sədri, Belçikanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) təmsilçisi Stef Qoris və Belçika Mətbuat Şurasının sədri, mətbuat Ombudsmanı Flip Voets bu ilin noyabrında Bakıda düzənlənəcək “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunvericilik kontekstində” adlı konfransa hazırlıq məqsədi ilə ölkəmizə gəlib. Mətbuat Şurasından APA-ya bildirilib ki, qonaqlar Söz Azadlığının Müdafiə Fondunda təşkilati işlərlə bağlı məsləhətləşmələr apardıqdan sonra Mətbuat Şurasında olub, Şuranın sədri Əflatun Amaşova tədbirin məqsədi, görüləcək işlər və təmsil etdikləri qurumlar barədə ətraflı məlumat veriblər. Ə. Amaşov MŞ-nin həyata keçirdiyi tədbirlər, çıxarılan rəy və qərarlar barədə danışıb. Görüşdə Azərbaycan mediasının müasir durumu, söz və mətbuat azadlığının vəziyyəti barədə də diskussiyalar aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR