Bank Of Baku

Masallıda diffamasiya haqqında qanun layihəsi müzakirə olunub

Masallıda diffamasiya haqqında qanun layihəsi müzakirə olunub
# 13 avqust 2007 08:36 (UTC +04:00)
Avqustun 10-11-də Masallıda “Regionlarda diffamasiya haqqında qanun layihəsinin vəkilliyi” mövzusunda seminar-treninq və dəyirmi masa keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Demokratik Jurnalistlər Liqasının (DJL) layihəsi çərçivəsində Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və Avrasiya Fondunun təşkilatçılığı ilə reallaşan
tədbirdə cənub bölgəsində çalışan 20-dən artıq jurnalist və QHT nümayəndəsi iştirak edib. Tədbirdə məruzə ilə çıxış edən DJL-nin rəhbəri, Mətbuat Şurasının üzvü Yadigar Məmmədli, ekspertlərdən Sədrəddin Soltan və Sevda Məmmədli diffamasiya haqqında qanun layihəsi ilə bağlı geniş məlumat veriblər. Daha sonra kiçik qruplarda müzakirələr aparılıb, sonda isə jurnalistlər və QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR