Bank Of Baku

Samir Sədaqətoğlu Xələcdəki Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Samir Sədaqətoğlu Xələcdəki Cəzaçəkmə Müəssisəsinə köçürülüb
# 13 avqust 2007 10:31 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu Xələcdə yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə APA-ya S. Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasət Pirisoylu bildirib. Onun sözlərinə görə, S. Sədaqətoğlunun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı narazılığı yoxdur.
Qeyd edək ki, baş redaktorla birgə həbs edilən yazıçı-publisist Rafiq Tağı bir neçə gün əvvəl 16 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Onu da xatırladaq ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq, 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “Sənət qəzeti”nin 2006-cı il 1 noyabr tarixli sayında çıxan “Avropa və biz” yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR