Bank Of Baku

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları ABŞ səfirliyinə ərizə ilə müraciət ediblər

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları ABŞ səfirliyinə ərizə ilə müraciət ediblər
# 13 avqust 2007 13:20 (UTC +04:00)
Fəaliyyətini dayandıran “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşları bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində olublar. Mühacirətlə bağlı müraciət edən jurnalistlərdən biri, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov APA-ya bildirib ki, əməkdaşlar səfirliyin konsulu Vlad Lipşitin ona müraciəti əsasında mühacirət etməklə bağlı qəti mövqedə olduqlarını ərizələrində göstəriblər. Adı çəkilən mətbuat orqanlarının əməkdaşlarından Xalid Kazımlı, Üzeyir Cəfərov, Aynur Elgünəş, Kamran Kamaloğlu, Səlim Əzizoğlu, Nemət Hüseynli, Natiq Cavadlı, Hüseynbala Səlimov və “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov ərizə ilə yanaşı, səfirliyə müvafiq sənədlər də təqdim ediblər. Ü. Cəfərov deyib ki, xarici ölkələrdən sığınacaq istəyən digər jurnalistlər iki gün ərzində səfirliyə müraciət edəcəklər. ABŞ səfirliyinin həftə sonuna qədər müraciətlərə cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ səfirliyinin konsulu Vlad Lipşit sığınacaq istəyən jurnalistlərin fərdi qaydada səfirliyə müraciət etməsi təklifi ilə onlara müraciət edib. Xatırladaq ki, Azərbaycanda yaşayıb-işləməyin mümkün olmadığını bəyan edən “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” qəzetlərinin və bir sıra başqa mətbu orqanların əməkdaşları xarici ölkələrdən sığınacaq istəyiblər. Adı açıqlanmayan iki Avropa ölkəsinin jurnalistlərə sığınacaq üçün müsbət, Böyük Britaniyanın isə rəsmi olaraq rədd cavabı verdiyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR