Bank Of Baku

Azərbaycan DİN: “Yana Amelina lazımi sənədləri olmadığından deportasiya edilib”-YENİLƏNİB

Azərbaycan DİN: “Yana Amelina lazımi sənədləri olmadığından deportasiya edilib”-<font color=red>YENİLƏNİB</font>
# 13 avqust 2007 13:30 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Y. Amelina Lənkəranda saxlanılaraq Bakıya aparılıb və təyyarə ilə Rusiyaya göndərilib. Deportasiyanın səbəbləri açıqlanmayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyini bildirib. Agentlikdən isə deyiblər ki, jurnalist Azərbaycana həm hakimiyyətdəki, həm də müxalifətdəki siyasi liderlərlə bağlı yazı hazırlamaq məqsədilə gedib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Xəzər İbrahim isə APA-ya bildirib ki, ölkədə fəaliyyət göstərən bütün xarici jurnalistlər nazirlikdə akkreditasiyadan keçməlidir. Yana Amelina adlı jurnalist Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Yana Amelina Azərbaycanda müvəqqəti yaşamaq üçün lazımi sənədləri olmadığından deportasiya edilib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR