Bank Of Baku

“Azərbaycan mətbuatının yeni inkişaf strategiyası” Bakıda keçiriləcək beynəlxalq konfransda müzakirə ediləcək

“Azərbaycan mətbuatının yeni inkişaf strategiyası” Bakıda keçiriləcək beynəlxalq konfransda müzakirə ediləcək
# 13 avqust 2007 14:31 (UTC +04:00)
Noyabr ayında Bakıda Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunvericilik kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda ilk dəfə olaraq “Azərbaycan mətbuatının yeni inkişaf strategiyası” proqramı da müzakirəyə çıxarılacaq. Fondun icraçı direktoru, layihənin rəhbəri Məmməd Nazimoğlu APA-ya bildirib ki, jurnalistlərdən və hüquqşünaslardan ibarət işçi qrupları layihə ilə bağlı işlərini tamamlamaq üzrədir. Hazırda konfransda təqdim olunacaq “Azərbaycan mətbuatının yeni inkişaf strategiyası” üzərində iş gedir. Həmin proqramın hazırlanması üçün bir sıra Avropa ölkələrinin və ABŞ-ın media üzrə mütəxəssislərinin rəyləri öyrənilir. Konfransda həmin ölkələrdən olan mütəxəssislər də iştirak edəcək. M. Nazimoğlu bildirib ki, diqqət mərkəzində duran əsas məsələlər jurnalistlərin peşə hazırlığı və etik qaydalara riayəti, mətbuatın iqtisadi azadlığı, mətbuatın mövcud problemlərinin həlli və medianın gələcək inkişaf yolunun müəyyənləşdirilməsidir: “Bu, indiyədək Azərbaycanda mətbuatla bağlı həyata keçirilən ən böyük layihədir və onun nəticəsiz qalması məntiqi cəhətdən mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR