Bank Of Baku

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kasasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kasasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb
# 14 avqust 2007 10:20 (UTC +04:00)
Xocalı sakinlərinin və jurnalist Tatyana Çaladzenin iddiası əsasında Eynulla Fətullayevin “Qarabağ gündəliyi” yazısına görə, Yasamal Rayon Məhkəməsinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 20 min manat cərimə edilməsi barədə hökmdən verilən kasasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb. “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov APA-ya bildirib ki, proses qeyri-müəyyən vaxta təxirə salınıb. Ü. Cəfərovun sözlərinə görə, buna səbəb prosesə sədrlik edən hakim Müzəffər Ağazadənin məzuniyyətdə olmasıdır. Qeyd edək ki, Apellyasiya Məhkəməsi Yasamal Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR