Bank Of Baku

Tiflisdə Azərbaycan dilində çıxan “Gürcüstan” qəzetinin kollektivi küçədə qalıb

Tiflisdə Azərbaycan dilində çıxan “Gürcüstan” qəzetinin kollektivi küçədə qalıb
# 14 avqust 2007 12:03 (UTC +04:00)
Tiflisdəki “Samşoblo” nəşriyyat evinin özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan dilində buraxılan “Gürcüstan” qəzeti binanı tərk etməli olub. Qəzetin baş redaktor müavini İslam Əliyev APA-nın Gürcüstan bürosuna açıqlamasında hazırda küçədə qaldıqlarını deyib. Yeni ofis axtarışında olduqlarını söyləyən İ. Əliyev bildirib ki, qəzetə yer verilməsi üçün Tbilisi meriyası ilə danışıqlar gedir. Qeyd edək ki, 34 nömrəsi işıq üzü görmüş “Gürcüstan” qəzetində 15 nəfər çalışır.
Erməni dilində buraxılan “Vrastan” (Gürcüstan) qəzeti də eyni aqibətlə üzləşib. Ümumiyyətlə, nəşriyyat evində 90-dan artıq qəzet və 2 televiziya studiyası yerləşirdi. “Samşoblo” nəşriyyat evi sentyabrın 17-də hərraca çıxarılacaq. İlkin satış qiyməti 19 milyon dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR