Bank Of Baku

Prokurorluq “Bizim yol” qəzetinin satışı və gəlirləri ilə bağlı yayım firmalarından sənədlər tələb edib

Prokurorluq “Bizim yol” qəzetinin satışı və gəlirləri ilə bağlı yayım firmalarından sənədlər tələb edib
# 14 avqust 2007 13:00 (UTC +04:00)
“Bizim Yol” qəzetindən APA-ya verilən məlumata görə, redaksiyanın müqavilə bağladığı bütün yayım firmalarına idarə tərəfindən müraciət olunaraq satışla, gəlirlərlə bağlı sənədlər tələb edilib.
Məlumata görə, bunun Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan qəzetin şöbə müdiri Müşfiq Hüseynov barəsində aparılan istintaqla əlaqəli olduğu bildirilir. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan M. Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsi üçün həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR