Bank Of Baku

“AMAY” “Xural” qəzetindən 1 milyon manat tələb edir

“AMAY” “Xural” qəzetindən 1 milyon manat tələb edir
# 14 avqust 2007 13:58 (UTC +04:00)
“AMAY” Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərliyi “Xural” qəzeti ilə bağlı Bakı şəhərinin Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. Bu barədə APA-ya məlumat verən qəzetin baş redaktoru Əvəz Zeynallı bildirib ki, şikayət hakim Sevinc Alıyevanın icraatına verilib. Şirkət “Xural”ın 17-23 sentyabr 2006-cı il tarixli sayında dərc olunmuş “AMAY-ın Abdullası həbs olunub” başlıqlı yazıya görə qəzetin eyni həcmdə təkzib verməyə və bir milyon manat məbləğində təzminat ödəməyə məhkum edilməsini istəyir. İddia üzrə məhkəmənin hazırlıq iclası bu il avqustun 31-nə təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR