Bank Of Baku

Lənkəran TV-nin tezliyini tutmaq üçün elan edilən müsabiqəyə bir müraciət edilib

Lənkəran TV-nin tezliyini tutmaq üçün elan edilən müsabiqəyə bir müraciət edilib
# 14 avqust 2007 14:50 (UTC +04:00)
Lənkəran TV-nin tezliyi üzrə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan edilən müsabiqəyə indiyə qədər cəmi bir müraciət daxil olub. Bu barədə APA-ya MTRŞ-dən bildirilib. Lisenziya müddəti uzadılmayan Lənkəran TV-nin yayımlandığı 29-cu tezlik üzrə isə 6 iyunda elan edilən müsabiqəyə müraciət edən iddiaçıların sayı 3-dən az olduğuna görə, müsabiqənin müddəti avqustun 20-dək uzadılıb. Qeyd edək ki, MTRŞ Lənkəran TV-nin fəaliyyətini kanalın təsisçiliyində olan problemlərə görə, əmlakının 30 faizinin Lənkəran İcra Hakimiyyətinə məxsus olması səbəbindən dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR