Bank Of Baku

“525-ci qəzet”in səhifələrinin sayı azalıb

“525-ci qəzet”in səhifələrinin sayı azalıb
# 15 avqust 2007 08:42 (UTC +04:00)
Azərbaycanın gündəlik nəşrlərindən biri olan “525-ci qəzet”in bugünkü sayında səhifələrin sayı azalıb. Şənbə günü istisna olmaqla, həftənin digər günləri 8 səhifədə işıq üzü görən qəzet bu gün 4 səhifədə nəşr olunub. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid APA-ya açıqlamasında bildirib ki, bu, müvəqqəti haldır: “İşçilərimizin bir qisminin məzuniyyətdə olmasına, yayla bağlı xəbər qıtlığına görə həftədə bir neçə dəfə səhifələrin sayını azaltmağa qərar verdik. Qəzetin fəaliyyətini dayandırmaqdansa, bir sıra ölkələrdə tətbiq olunan təcrübədən yararlanmağı məqsədəuyğun saydıq”. Baş redaktorun sözlərinə görə, bu hal avqustun sonlarına qədər davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR