Arif Alışanov: “Az.TV-nin nəzdində yeni struktur yaradılır”
Bu vəzifəyə prezidentin sərəncamı ilə təyin edilmişəm. Mənim fəaliyyətimə ölkə başçısı, kollektiv və ictimaiyyət qiymət verə bilər. Onu deyim ki, prezidentin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə burada uzun müddət çalışmış şəxsi təyin etməsi minnətdarlıqla qarşılandı. Məhz AzTV-də yetişmiş şəxs onun bütün problemlərinə dərindən bələd olub, həll etməyə qadirdir.
Ötən il ərzində efir-yaradıcılıq, istehsalat və texniki sahələrdə bir sıra islahatlar həyata keçirilib. Əsasən efirin keyfiyyət baxımından dəyişməsinə nail olmuşuq. Zəif verilişlərin efirə verilməməsi üçün efirqabağı verilişlərə qəbul komissiyası yaratdıq. Komissiya yalnız yaradıcılıq standartlarına və texniki parametrlərə uyğun verilişlərə müsbət rəy verir. 1992-ci ildən sonra ilk dəfə olaraq telekanala gənc aparıcılar və reportyorlar cəlb etmək üçün müsabiqə keçirdik. Həmin müsabiqədə iştirak edən 500 nəfərdən 30-u seçildi. Onlar müxtəlif redaksiyalarda iş təcrübəsi keçəndən sonra daha bir seçim oldu. İndi həmin jurnalistlər “Xəbərlər”, “Səhər” və digər ictimai-siyasi proqramlarda çalışırlar.
- Sizcə, AZ.TV-də islahatlar apara bildinizmi?
- Elə birinci gündən islahatlar aparılır və aparılacaq. Mən AzTV-yə sədr təyin olunanda açıq şəkildə bildirmişdim ki, kadr seçimində yalnız peşəkarlığa və dövlətçiliyə sadiqliyə üstünlük veriləcək. Şəxsən məni televiziyada çalışanların irqi, dini, dili, doğulduğu yer maraqlandırmır. Yaxın zamanda atılacaq addımları indidən açıqlamaq istəmirəm. Biz istehsalat, kadr sahələrində islahatlar aparırıq və bu proses davam edəcək.
Bir il ərzində AzTV-də və radioda xeyli kadr dəyişikliyi aparılıb. Bununla bağlı konkret rəqəm söyləmək mümkündürmü?
Kadrların 50 faizi yenilənib, amma bu rəqəmi 6070 faizə çatdırmaq niyyətimiz var. Amma biz bu prosesdə uzun illər Azərbaycan televiziyasında çalışan peşəkar əməkdaşlarımızdan imtina etmək fikrində deyilik. Yaşlı olmalarına baxmayaraq, onların bir çoxu bacarıqlı və istedadlı insanlardır. Onların arasından hazırda müqavilə əsasında Azərbaycan televiziyasında çalışanlar var.
Bir qədər əvvəl AzTV-yə gələn bir sıra kadrlar sonradan burdan uzaqlaşdılar...
Bu, istehsalat prosesidir. Televiziyaya gələn yeni kadrın 1-2 ay çalışandan sonra işdən getməsində təəccüblü heç nə yoxdur. Burada heç bir siyasi ambisiya və ya şəxsi motivlərdən söhbət gedÓ™ bilməz. Dəvət edilən kadrlar gəlib işləyir, müəyyən vaxtdan sonra ya onun işi rəhbərliyi qane etmir, ya da ki, iş həmin şəxsi qane etmir.
Hazırda Az.TV-nin Rusiya ərazisində yayımlanması məsələsi iki ölkə arasında danışıqlar mövzusudur. Rusiyada yayımlanmaq üçün AzTV-nin nəzdində yeni kanalın yaradılması nəzərdə tutulur. Bu yöndə hazırlıqlar başlanıbmı?
Əvvəla, biz AzTV-nin nəzdində yeni struktur yaratmağa hazırlaşırıq. Artıq müəyyən işlər görülüb. Əgər AzTV-nin Rusiya ərazisində yayımlanması müsbət həll olunarsa, biz çox qısa vaxtda proqramlarımızı nümayiş etdirə biləcəyik. Rusiyaya hər gün 24 saat, o cümlədən 7 saat rusca verilişlər yayımlamağı nəzərdə tutmuşuq.
- Başqa ölkələrdə də analoji addım atılması mümkündürmü?
- Bu məsələ dövlətlərarası sazişlərlə tənzimlənir. Amma lazım gələrsə, Azərbaycan televiziyası öz verilişlərini bir neçə dildə yayımlaya bilər. /APA/
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq
Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb
Husilərin Ər-Riyada doğru atdığı ballistik raket vurulub
Mayk Lav vəfat edib