Bank Of Baku

Gənc azərbaycanlı jurnalistlər Moldovada olublar

Gənc azərbaycanlı jurnalistlər Moldovada olublar
# 16 avqust 2007 11:13 (UTC +04:00)
Moldova Gənc Jurnalistlər Mərkəzi və Böyük Britaniyanın “Avropa azlıqları” təşkilatı Moldovada “Picture of peace” (“Sülhün şəkli”) adlı beynəlxalq layihə həyata keçirib. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Avropa Birliyinin “Youth in action” (“Gənclər hərəkətdə”) adlı proqramı çərçivəsində maliyyələşdirilən layihədə Avropanın müxtəlif ölkələrini, o cümlədən Azərbaycan, Avstriya, Böyük Britaniya, Malta, Belarus, Gürcüstan, İspaniya və Polşanın qeyri-hökumət təşkilatlarını təmsil edən 45 gənc jurnalist bir həftə ərzində ölkədə qaldıqdan sonra Moldova haqqında təəssüratlarını xüsusi nəşrdə işıqlandıracaqlar. AB-nin dəstəklədiyi bu tipli yeganə layihə olan “Picture of peace”in məqsədi Şərqi Avropada mədəniyyətlər arasındakı əlaqələrin gücləndirilməsidir. Layihə çərçivəsində gənc qələm sahibləri Moldovanın separatçı Dnestryanı bölgəsini də gəzmək imkanına sahib olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR