Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru qəzetinə və özünə qarşı olan məhkəmə iddiaları ilə bağlı mətbuat konfransı keçirib

“Xural” qəzetinin baş redaktoru qəzetinə və özünə qarşı olan məhkəmə iddiaları ilə bağlı mətbuat konfransı keçirib
# 16 avqust 2007 11:42 (UTC +04:00)
“Mən avqustun 8-də MTN-ə nə üçün dəvət olunduğumu bilmədim, sadəcə onu öyrəndim ki, müstəntiq Vüqar Əliyevin qərarı ilə 2005-ci il fevralın 26-da xitam verilmiş iş yenilənib”. APA-nın xəbərinə görə, bunu “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı bu gün keçirdiyi mətbuat konfransında deyib. O, 2004-cü ildə Adolf Hitlerin “Mənim Savaşım” kitabının nəşrinə görə Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxilovun şikayəti ilə başlanmış cinayət işinə “əməlində cinayəıt tərkibi olmadığına” görə xitam verildiyini, amma indi birdən-birə Baş Prokurorluğun iddiası ilə bu işin yeniləndiyini söyləyib. Ə. Zeynallı baş prokuror Zakir Qaralovu “Xural” qəzetini bağlatdırmağa, onu həbs etdirməyə çalışmaqda ittiham edib.
Ə.Zeynallı həmçinin 2006-cı ilin sentyabrında “A.M.A.Y ” ASC ilə bağlı yazdıqları yazıya görə, şirkətin yenicə Nərimanov rayon məhkəməsinə iddia ilə müraciət etdiyini də deyib. Onun sözlərinə görə, redaksiyaya məhkəmənin hazırlıq iclasının bu il avqustun 31-də keçiriləcəyi barədə məktub daxil olub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR