Bank Of Baku

Mətbuat Şurasının sədri Estoniya və Bolqarıstandan gələn qonaqlarla görüşüb

Mətbuat Şurasının sədri Estoniya və Bolqarıstandan gələn qonaqlarla görüşüb
# 16 avqust 2007 13:24 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Estoniya Jurnalistlər Birliyinin sədri Marika Lillemets və “Bolqarıstan Assosiasiyası” təşkilatının sədri, doktor Valeri Cablyanovu qəbul edib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, qonaqlar Söz Azadlığı Fondunun “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” layihəsi çərçivəsində payızda keçiriləcək beynəlxalq seminara hazırlıq məqsədilə Azərbaycana gəliblər. MŞ sədri görüşdə 2003-cü ilin martından yaradılan qurumun media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsindəki rolundan, şuranın strukturundan, komissiyaların fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. O, Azərbaycan mediasının durumu, müstəqil mətbuatın yaradılması, həbsdə olan jurnalistlər və digər aktual məsələlərlə bağlı çoxsaylı sualları cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR