Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi Üzeyir Cəfərovun Ramil Usubov və Hüseyn Paşayevə qarşı qaldırdığı iddianı rədd edib

Bakı Apellyasiya Məhkəməsi Üzeyir Cəfərovun Ramil Usubov və Hüseyn Paşayevə qarşı qaldırdığı iddianı rədd edib
# 16 avqust 2007 16:23 (UTC +04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun daxili işlər naziri Ramil Usubov və YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə qarşı qaldırdığı iddiaya baxılıb. Ü. Cəfərov APA-ya bildirib ki, məhkəmə onun R. Usubov və H. Paşayevə qarşı qaldırdığı, iyunun 27-də Səbayel Rayon Məhkəməsinin qərardadı ilə rədd edilən iddiaya baxmaqdan imtina barədə qərar çıxarıb. Onun sözlərinə görə, məhkəmə bunu iddiaçının və qarşı tərəfin iştirakı olmadan edib. Bu halı qanun pozuntusu kimi dəyərləndirən Ü. Cəfərov məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyib.
Qeyd edək ki, bu il aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində xəsarətlərə məruz qalan Ü. Cəfərov daxili işlər nazirini və YAP funksionerini bu hadisə ilə bağlı fikirlərinə görə məhkəməyə vermişdi. Redaktor daxili işlər nazirinin 8 milyon 347 min manat (Azərbaycan vətəndaşlarının sayı qədər), YAP mətbuat xidməti rəhbərinin isə 400 min manat (YAP üzvlərinin sayı qədər) cərimə olunmasını istəyirdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR