Bank Of Baku

Qənimət Zahid Mirzə Sakitlə görüşüb

Qənimət Zahid Mirzə Sakitlə görüşüb
# 20 avqust 2007 11:28 (UTC +04:00)
“Azadlıq” qəzetinin hazırda həbsdə olan əməkdaşı Mirzə Sakitin qardaşı Qənimət Zahid Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində onunla görüşüb. Q. Zahid APA-ya açıqlamasında bildirib ki, qardaşının əsəb sistemində olan problemlər qalır: “Müalicə Müəssisəsindən bildiriblər ki, Mirzə Sakitin müalicəsi başa çatıb, onu yenidən həbsxanaya köçürəcəklər. Amma onun əsəb sistemindəki problemləri ilə bağlı müalicəsi davam etməlidir. Bu müalicə kursu iki aya yaxın davam edir. Hələ bu müddətin başa çatmasına xeyli vaxt qalıb”.
Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən isə APA-ya Q. Zahidin fikirlərinin yanlış olduğu bildirilib: “Mirzə Sakitin müalicəsi başa çatıb. O, özünü yaxşı hiss etdiyini bildirib”. Müəssisədən verilən məlumata görə, M. Sakit bu günlərdə Cəzaçəkmə Müəssisəsinə köçürüləcək.
Qeyd edək ki, M. Sakit saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən xəstəxanaya iyulun 21-də köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR