Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Azərbaycan televiziyasının Rusiyada yayımı ilə bağlı addım atılmasa, bizim reaksiyamız da buna adekvat olacaq”

Nuşirəvan Məhərrəmli: “Azərbaycan televiziyasının Rusiyada yayımı ilə bağlı addım atılmasa, bizim reaksiyamız da buna adekvat olacaq”
# 20 avqust 2007 15:16 (UTC +04:00)
Azərbaycan və Rusiya televiziyalarının qarşılıqlı yayımı ilə bağlı texniki müqavilənin imzalanması üçün hər iki ölkə nümayəndələrinin Moskvada keçiriləcək görüşünün vaxtı hələ bəlli deyil. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, Şura sentyabr ayına qədər məsələ ilə bağlı gözləmə mövqeyində dayanacaq: “Əgər Rusiya Azərbaycan televiziyasının bu ölkədə yayımı ilə bağlı addım atmasa, biz buna uyğun adekvat hərəkət edəcəyik”. MTRŞ sədri deyib ki, onlar Rusiyanın Az.TV-nin həmin ölkədə yayımı ilə bağlı məsələni uzatmasına biganə qalmayacaqlar.
Xatırladaq ki, Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, Rusiya teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımının qayda və şərtlərinə dair iki ölkənin hökumətlərarası saziş layihəsi üzərində iş başa çatdırılıb. Saziş layihəsini hazırlayan İşçi Qrupların iyulun 23-də Bakıda keçirilən görüşündə əldə olunan razılaşmaya əsasən. texniki müqavilə ilə bağlı yaxın günlərdə Moskvada növbəti görüş keçirilməli, müqavilənin imzalanması müzakirə olunmalı idi. Qeyd edək ki, sözügedən saziş layihəsində RTR-in Azərbaycanda, Az.TV-nin isə Rusiyada yayımının paritet əsaslarda aparılması məsələsi öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR