Bank Of Baku

Eynulla Fətullayevlə bağlı qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək

Eynulla Fətullayevlə bağlı qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək
# 23 avqust 2007 09:09 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham edilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinin onun barəsində həbs-qətimkan tədbiri elan etməsi qərarından yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək. Bu barədə APA-ya E. Fətullayevin vəkili Aydın Nəzərli bildirib. Onun sözlərinə görə, şikayət artıq hazırdır. Dünən E. Fətullayevlə görüşdüyünü bildirən A. Nəzərli müdafiə etdiyi şəxsin səhhətinin normal olduğunu bildirib. Vəkilin sözlərinə görə, baş redaktor Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ona elan edilən ittihamla bağlı yenə də ifadə verməkdən imtina edir. Bu səbəbdən o, indiyə qədər dindirilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR