Bank Of Baku

Azərbaycan Hüquqşünaslar Forumu jurnalistlərə qarşı diffamasiya iddiaları ilə bağlı bəyanat yayıb

Azərbaycan Hüquqşünaslar Forumu jurnalistlərə qarşı diffamasiya iddiaları ilə bağlı bəyanat yayıb
# 23 avqust 2007 12:15 (UTC +04:00)
Azərbaycan Hüquqşünaslar Forumu jurnalistlərə qarşı diffamasiya iddialarının artmasından ciddi narahatdır. AHF-dən APA-ya bildiriblər ki, məhkəmələr diffamasiya iddialarına baxarkən Azərbaycan Konstitusiyasının fikri ifadə etmək azadlığını nəzərdə tutan müddəalarına, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi (İfadə azadlığı) ilə bağlı Avropa Məhkəməsinin presedent hüququna yalnız bir neçə halda istinad ediblər: “Bu hallarda belə məhkəmələr söz azadlığının müdafiəsinə yox, daha çox onun məhdudlaşdırılmasına yönələn arqumentlərə əsaslanaraq qərar veriblər. Təkcə 2007-ci ilin birinci yarısında kütləvi informasiya vasitələrinə, jurnalistlərə qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi adı ilə 2005-ci ilin uyğun göstəriciləri ilə müqayisədə 10 dəfə çox - 60-dan artıq məhkəmə davası açılıb. Ölkə məhkəmələri 5 tənqidçi jurnalisti böhtan adı altında Cinayət Məcəlləsinin söz azadlığının qənimi sayılan 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ən ağır cəzaya azadlıqdan məhrumetmə cəzalarına məhkum edib, bir jurnalist islah işləri cəzası alıb”. AHF Azərbaycan hökumətini bu sahədəki durumun acınacaqlı olduğunu diqqətə almağa, sivil dünyanın fundamental dəyər verdiyi söz azadlığının bərqərar olması yolunda təhqir və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə, diffamasiyaya dair Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarının tətbiqinə yol açacaq qanunu qəbul etməyə çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR