Bank Of Baku

Elmar Hüseynova abidə ucaldılması ilə bağlı kampaniya başlayıb

Elmar Hüseynova abidə ucaldılması ilə bağlı kampaniya başlayıb
# 24 avqust 2007 14:24 (UTC +04:00)
Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) mərhum jurnalist, “Monitor” jurnalının sabiq baş redaktoru Elmar Hüseynova abidə ucaldılması ilə bağlı imzatoplama kampaniyasına start verilib. RATİ rəhbəri Emin Hüseynli APA-ya bildirib ki, iki ay ərzində davam edəcək kampaniya başa çatandan sonra imzalar və abidə üçün yer ayrılması ilə bağlı müraciət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göndəriləcək. Kampaniya təşkilatçıları abidənin Bakının Mətbuat prospektində ucaldılmasını təklif ediblər. E. Hüseynli deyib ki, abidə kampaniya iştirakçılarının öz vəsaitləri hesabına ucaldılacaq: “Amma kampaniyada iştirak etməyən Azərbaycan vətəndaşları da abidənin düzəldilməsi üçün vəsait ayıra bilərlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR