Bank Of Baku

ABŞ səfirliyi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına yaxın günlərdə cavab verəcək

ABŞ səfirliyi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına yaxın günlərdə cavab verəcək
# 25 avqust 2007 09:15 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin xarici ölkələrdən sığınacaq istəyən bir qrup əməkdaşına ABŞ-ın Azərbaycandakı səfirliyi gələn həftə cavab veriləcək. Bu barədə APA-ya qəzetin redaktoru Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, səfirlikdən hazırda jurnalistlərin müraciətlərinin araşdırıldığını bildiriblər.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ səfirliyinin müraciətinə əsasən mühacirət etməklə bağlı qəti mövqedə olan jurnalistlər səfirliyə müvafiq sənədlər təqdim ediblər.
Xatırladaq ki, “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” qəzetlərinin bir neçə əməkdaşı xarici ölkələrdən sığınacaq istəyiblər. Adı açıqlanmayan iki Avropa ölkəsinin jurnalistlərə sığınacaq üçün müsbət, Böyük Britaniyanın isə rəsmi olaraq rədd cavabı verdiyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR