Bank Of Baku

“Bakı Xəbər” qəzeti yeni ofisə köçüb

“Bakı Xəbər” qəzeti yeni ofisə köçüb
# 27 avqust 2007 08:59 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti yeni ofisə köçüb. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, redaksiya Hüseyn Cavid prospektində yerləşən ofisi müqavilə əsasında kirayə götürüb. A. Quliyev hazırda texniki avadanlıqların ofisə yerləşdirildiyini və bu prosesin 2-3 gün davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, qəzetin öz nəşrini bərpa etməsinə mane olan səbəblərin biri də məhz yeni ofisin yoxluğu olub. A. Quliyev əvvəlki redaksiyanı tərk etmələrinə Açıq Cəmiyyət Partiyasının rəhbərliyi ilə aralarındakı problemin səbəb olmadığını, bu addımı öz istəkləri ilə atdıqlarını qeyd edib: “Biz neytral və obyektiv bir qəzet çıxarmaq fikrindəyik. Əvvəlki redaksiya partiyanın qərargahında yerləşirdi. Qəzetin redaksiyası partiyanın binasında yerləşəndə o zaman obyektivliyə istər-istəməz xələl gəlir. Ona görə də biz tam müstəqil fəaliyyət göstərmək üçün yeni binaya köçdük”. A. Quliyev “Bakı Xəbər”in nəşrinin sentyabrdan bərpa olunacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR