Bank Of Baku

Eynulla Fətullayev barəsində qaldırılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir

Eynulla Fətullayev barəsində qaldırılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir
# 27 avqust 2007 13:27 (UTC +04:00)
Vəkil Aydın Nəzərli bu gün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Vəkil APA-ya bildirib ki, E. Fətullayevin səhhəti və saxlanma şəraitindən narazılığı yoxdur. Ancaq o, hələ də istintaqa ifadə verməyib. İstintaqın nə zaman yekunlaşacağı haqda konkret məlumat verilmədiyini deyən vəkilin sözlərinə görə, artıq proses başa çatmaq üzrədir.
Qeyd edək ki, E. Fətullayevə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR