Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu avqust ayı üçün 850 ABŞ dolları həcmində yardım ayırıb

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu avqust ayı üçün 850 ABŞ dolları həcmində yardım ayırıb
# 28 avqust 2007 14:54 (UTC +04:00)
Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu İdarə Heyətinin növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqust ayı ərzində 4 müraciət daxil olub. Fondun İdarə Heyəti tərəfindən müraciətlərin hər biri təmin edilib və bütövlükdə 850 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub. Peşə borcunu yerinə yetirərkən xəsarət alan “Ayna-Zerkalo” qəzetinin müxbiri İdrak Abbasovun müraciətinə baxılarkən ona müalicə məqsədilə 200 ABŞ dolları həcmində yardım edilməsi qərara alınıb.
Daha sonra məhkəmə prosesinə cəlb edilən KİV və ya jurnalistlərin müdafiəsinə yardım müraciətlərinə baxılıb. “Proqnoz” qəzetinin məhkəmədə vəkillə təmin edilməsinə 300 ABŞ dolları, “Yüksəliş naminə” qəzetinin məhkəmədə vəkillə təmin edilməsinə 150 ABŞ dolları, “Nota Bene” qəzetinin məhkəmədə vəkillə təmin edilməsinə isə 200 ABŞ dolları həcmində yardım edilib.
Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə Demokratik Jurnalistlər Liqası tərəfindən həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR