Bank Of Baku

“Bakı Xəbər” qəzeti gələn həftədən fəaliyyətini bərpa edir

“Bakı Xəbər” qəzeti gələn həftədən fəaliyyətini bərpa edir
# 31 avqust 2007 10:56 (UTC +04:00)
“Bakı Xəbər” qəzeti sentyabrın 4-dən satışda olacaq. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, qəzetin öz nəşrini bərpa etməsi üçün bütün hazırlıqlar tamamlanıb. A. Quliyev “Bakı Xəbər”in əvvəlki dizaynda və formatda, 16 səhifə ilə həftədə 6 gün nəşr ediləcəyini deyib. O, yalnız qəzetin kursunda bir qədər dəyişiklik olacağını bildirib: “Bundan sonra “Bakı Xəbər” heç bir siyasi partiyanın tribunası olmayacaq. Tam müstəqil, neytral mətbuat orqanı olaraq bütün siyasi partiyalar, dövlət qurumları ilə balans saxlanılacaq”. A. Quliyev qəzetin kollektivində ciddi dəyişiklik olmadığını da vurğulayıb.
Qeyd edək ki, məhkəmə cərimələri ilə əlaqədar “Bakı Xəbər” qəzeti bu il mayın 31-də öz fəaliyyətini dayandırıb. Məhkəmə çəkişmələri nəticəsində qəzetin cəriməni bir il müddətində hissə-hissə ödəməsi il bağlı qərarın qəbuluna nail olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR