Bank Of Baku

Milli QHT Forumunun internet qəzetinin təqdimat mərasimi keçirilib

Milli QHT Forumunun internet qəzetinin təqdimat mərasimi keçirilib
# 31 avqust 2007 13:01 (UTC +04:00)
Milli QHT Forumunun yeni internet qəzetinin açılması ilə bağlı təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, forumun prezidenti Azay Quliyev bildirib ki, “MQF- Xəbər” adlanan internet qəzetin ilk nüsxəsi nümunə kimi yazılı şəkildə çap olunub. A. Quliyevin sözlərinə görə, QHT-lərin fəaliyyətini işıqlandıran müxtəlif qəzetlər olub, lakin maliyyə vəsaitinin olmaması bu nəşrlərin davamlılığına mənfi təsir edib. O, ümidvar olduğunu bildirib ki, yeni qəzet davamlı olmaqla yanaşı, QHT-lərin fəaliyyətini bərabər şəkildə işıqlandıracaq. İnternet qəzetin baş redaktoru Səfər Alışarlı bildirib ki, saytda müxtəlif istiqamətdə fəaliyyət göstərən QHT-lər üçün ayrıca bölmələr yaradılacaq. O, saytın vaxt keçdikcə təkmilləşəcəyini də deyib: “İlkin olaraq sayt 6 ay fəaliyyət göstərəcək. Müddətin artırılması işin keyfiyyətindən asılıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR