Bank Of Baku

Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib

Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib
# 31 avqust 2007 13:56 (UTC +04:00)
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, bununla bağlı imza toplama kampaniyasına başlanıb və artıq 120 imza toplanıb. O, imza toplama kampaniyasının noyabrın 1-nə qədər davam etdiriləcəyini də deyib: “Sonda imzalar Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanacaq”. E. Hüseynov abidənin yeri ilə bağlı müzakirələr aparılacağını qeyd edib: “İstərdik ki, abidə Mətbuat prospektində, münasib bir yerdə qoyulsun”. E. Hüseynov bu prosesdə siyasi partiyaları və QHT-ləri fəal iştirak etməyə çağırıb: “Bununla bağlı siyasi partiya və QHT-lərə də müraciət ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR