Bank Of Baku

“Kriminal aləm” qəzeti İctimai Televiziyadan üzr istəyib

“Kriminal aləm” qəzeti İctimai Televiziyadan üzr istəyib
# 31 avqust 2007 14:34 (UTC +04:00)
“Kriminal aləm” qəzeti bu il aprelin 17-də İctimai Televiziyanın Xanlar-Daşkəsən üzrə bölgə müxbiri Əminə Rəhimovanın şərəf və ləyaqətinə toxunan yazıya görə üzr istəyib.
Televiziyanın İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya daxil olan məlumata görə, üzr istəyən qəzetin təsisçisi və baş redaktoru Mehralı İsgəndəroğlu olub. “Kriminal aləm” qəzeti Ə. Rəhimova ilə bağlı məlumatı guya Daxili İşlər Nazirliyi və Xanlar Rayon Polis Şöbəsinə istinadən APA informasiya agentliyinin yaydığını bildirsə də, məhkəmə araşdırması zamanı hər üç quruma işlə bağlı sorğu göndərilib. Sorğuya cavab olaraq hər üç qurum bu informasiyanın həqiqətə uyğun olmadığını, məqalənin “Kriminal aləm” qəzetinin öz uydurması olduğunu ortaya çıxarıb.
“Kriminal aləm” qəzetinin təsisçisi və baş redaktoru Mehralı İsgəndəroğlu “Təzadlar” qəzetinin 28 avqust 2007-ci il və “Kriminal aləm” qəzetinin 29 avqust 2007-ci il tarixli saylarında məsələ ilə bağlı ətraflı açıqlama verib. O yazıda bildirir ki, rəhbərlik etdiyi qəzetdə gedən yazılardan həmin vaxt xəstə olduğu üçün xəbəri olmayıb. Həmin yazını “Mühakimə” qəzetinin qurucusu Şəmsi Mirzəyev (Vəfadar) və o vaxtlar qəzetə baş redaktorluq edən Yaşar Ağazadə məqsədli şəkildə yerləşdiriblər. Daha sonra Mehralı İsgəndəroğlu bunun çox böyük səhv olduğunu etiraf edərək öz üzrxahlığını belə ifadə edir: “Əminə xanımın özündən, ona dəymiş ağır mənəvi zərbəyə görə dönə-dönə üzr istəyirik. Sonra üzrxahlığımızı İctimai Televiziyanın bütün kollektivinə, şəxsən onun Baş direktoru, istedadlı qələm sahibi, şəxsiyyətinə böyük hörmət etdiyim İsmayıl Ömərova çatdırıram”.
Qeyd edək ki, “Kriminal aləm” qəzeti həmin xəbərin APA-ya məxsus olmaması barədə təkzib verib və agentlikdən üzr istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR