Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru Daxili İşlər Nazirliyinə çağırılıb

“Xural” qəzetinin baş redaktoru Daxili İşlər Nazirliyinə çağırılıb
# 31 avqust 2007 15:28 (UTC +04:00)
Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı baş prokuror Zakir Qaralov barəsində ölkə başçısı İlham Əliyevə yazdığı məktubla bağlı Daxili İşlər Nazirliyinə çağırılıb. Ə. Zeynallının APA-ya verdiyi məlumata görə, onu daxili işlər nazirinin müavini Vilayət Eyvazov qəbul edib. Avqustun 30-da isə baş redaktor Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb: “Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun bizə rüşvət təklif etməsi ilə bağlı Prezidentin İcra Aparatına ünvanladığım müraciət haqda məndən izahat alındı və işlə bağlı araşdırma aparılacağı qeyd olunub”.
Bu gün həmçinin “A.M.A.Y ” ASC tərəfindən “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılan iddiaya əsasən Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə keçirilməli olan hazırlıq iclası iddiaçı tərəfin prosesə gəlməməsinə görə, sentyabrın 13-ə təyin olunub.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev də böhtan və təhqir iddiaları ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət məsuliyyətinə cəlb olunması iddiası ilə Nərimanov rayon Məhkəməsinə müraciət edəcək. Buna səbəb isə qəzetin ötən sayında BAXCP sədri ilə bağlı yazılan yazıdır. Q. Həsənquliyev yazıda təhqir olunduğu və ona böhtan atıldığını qənaətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR