Bank Of Baku

“Bakı-Xəbər” qəzeti sabahdan nəşrini bərpa edir

“Bakı-Xəbər” qəzeti sabahdan nəşrini bərpa edir
# 03 sentyabr 2007 08:31 (UTC +04:00)
“Bakı-Xəbər” qəzeti sabahdan satışda olacaq. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, qəzetin öz nəşrini bərpa etməsi üçün bütün işlər başa çatdırılıb. A. Quliyev qəzetin əvvəlki dizaynda və formatda, 16 səhifə ilə həftədə 6 gün nəşr ediləcəyini deyib. O, yalnız qəzetin kursunda bir qədər dəyişiklik olacağını bildirib: “Bundan sonra “Bakı-Xəbər” heç bir siyasi partiyanın tribunası olmayacaq. Tam müstəqil, neytral mətbuat orqanı olaraq bütün siyasi partiyalar və dövlət qurumları ilə balans saxlanacaq”. A. Quliyev qəzetin kollektivində də heç bir ciddi dəyişiklik olmadığını vurğulayıb. O, qəzetin baş redaktoru olaraq Prezident Aparatı, Milli Məclis, nazirliklər, dövlət komitələri və digər dövlət qurumlarına rəsmi müraciət etdiyini bildirib. Müraciətdə “Bakı-Xəbər”in neytral mətbuat orqanı olaraq bundan sonra yalnız informasiya yaymaq xətti tutacağı bildirilib və redaksiya tərəfindən göndərilmiş sorğulara diqqətlə yanaşılması, vaxtında cavab verilməsi xahiş olunub.
Qeyd edək ki, məhkəmə cərimələri ilə əlaqədar olaraq “Bakı-Xəbər” qəzeti bu il mayın 31-dən öz fəaliyyətini dayandırıb. Məhkəmə çəkişmələri nəticəsində qəzetin cəriməni bir il müddətində hissə-hissə ödəməsi il bağlı qərarın qəbuluna nail olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR