Bank Of Baku

MTN-in “Zerkalo” qəzeti ilə bağlı prokurorluğa göndərdiyi materiallar araşdırılacaq

MTN-in “Zerkalo” qəzeti ilə bağlı prokurorluğa göndərdiyi materiallar araşdırılacaq
# 03 sentyabr 2007 10:00 (UTC +04:00)
“Zerkalo” qəzetində Yasamal rayonu ərazisində uçan binanın terrorçuluq aksiyası nəticəsində partladılması barədə irəli sürülən versiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqdim etdiyi materiallar prokurorluq tərəfindən araşdırılacaq. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi “Zerkalo” qəzetində dərc olunan məqalədə binanın çökməsinin guya terrorçuluq aksiyasının nəticəsi olması barədə əksini tapmış məqamlara aydınlıq gətirilməsi məqsədi ilə məqalə müəlliflərindən nazirlikdə alınan izahatı və toplanmış materialın Respublika Prokurorluğuna göndərildiyi barədə açıqlama yayıb. Xatırladaq ki, açıqlamada hadisənin terrorçuluq aksiyası olması yaxud binanın partladılmasının istisna olunduğu bildirilib, bu barədə yayılan söz-söhbətlərin heç bir əsasının olmadığı qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR