Bank Of Baku

“Gürcüstan” qəzeti Tiflis meriyası tərəfindən təklif olunan ofisdən imtina edib

“Gürcüstan” qəzeti Tiflis meriyası tərəfindən təklif olunan ofisdən imtina edib
# 03 sentyabr 2007 10:00 (UTC +04:00)
Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzeti ofis üçün Tiflis meriyası tərəfindən təklif olunan yerdən imtina edib. Qəzetin baş redaktoru Süleyman Süleymanovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, həmin məkan redaksiya üçün əlverişli olmadığından onlar təklifdən imtina etmək məcburiyyətində qalıblar. S. Süleymanov bildirib ki, ümumilikdə meriya paytaxtın müxtəlif yerlərində üç yer təklif edib, lakin bunların heç biri qəzet radaksiyası üçün yararlı deyil.
Qeyd edək ki, “Gürcüstan” qəzeti artıq 3 həftədir işıq üzü görmür. “Vətən” nəşriyyat evinin özəlləşdirilməsindən sonra Azərbaycandilli “Gürcüstan” qəzetinin əməkdaşları küçədə qalıb. Qəzetin avadanlıqları isə dəmiryolu vağzalının anbarında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR