Bank Of Baku

Bakıda jurnalistlərin beynəlxalq forumu keçiriləcək

Bakıda jurnalistlərin beynəlxalq forumu keçiriləcək
# 03 sentyabr 2007 11:37 (UTC +04:00)
Sentyabrın sonlarında Bakıda jurnalistlərin beynəlxalq forumunun keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya məlumat verən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin sözlərinə görə, indi foruma hazırlıq işləri gedir və bu işə Arif Əliyev rəhbərlik edir. Ayın sonuna kimi hazırlıqların başa çatmayacağı halda, o toplantının vaxtının dəyişdiriləcəyini istisna etməyib. Q. Zahid bildirib ki, hazırda beynəlxalq təşkilatların nümayəndələri ilə forumla bağlı danışıqlar aparılır və onlara dəvətnamələr göndərilir. Forumda mətbuatın böhrandan çıxış yolları araşdırılacaq və təkliflər hazırlanacaq. Q. Zahid foruma hazırlıq getdiyi üçün jurnalistlərin kütləvi aksiyalar keçirməsinin gündəmdə olmadığını da bildirib. Onun sözlərinə görə, ehtiyac yaranacağı halda piketlər də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR